Elmar Məmmədyarov Antoniu Quterreş ilə görüşüb

Elmar Məmmədyarov Antoniu Quterreş ilə görüşüb

27.09.2019

23:10

Xarici işlər naziri Elmar Məmmədyarov 27 sentyabr 2019-cu il tarixində BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşüb.

Baş katib Azərbaycanda həyata keçirilən daxili islahatları alqışladığını vurğulayaraq, səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Nazir Elmar Məmmədyarov səmimi qəbula görə baş katibə minnətdarlığını bildirib. O bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə istinad edərək, baş katibi bu tədbirdə iştirak etməyə dəvət edib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email