“Eni SpA” neft-qaz şirkətinin xalis gəliri 16,8 dəfə azalıb

“Eni SpA” neft-qaz şirkətinin xalis gəliri 16,8 dəfə azalıb

24.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

İtaliyanın ən böyük neft və qaz şirkəti olan “Eni SpA”nın 2020-ci ilin I rübündə xalis gəliri 59 mln. avro təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,8 dəfə azdır.

«APA-Economics»in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, şirkət bu il hasilatın 1,75-1,8 mln. barel təşkil edəcəyini gözləyir və bu göstərici ötən proqnozdan 1,84  mln. barel azdır. Bundan əlavə, hazırkı vəziyyəti nəzərə alaraq, “Eni SpA” bu il kapital xərclərini  2,3 mlrd. dollar azaltmağı planlaşdırır.

Qeyd edilir ki, COVID-19 virusunun pandemiyası ilə əlaqədar bazarda tələb kəskin azalıb və neft qiymətləri əvvəllər görülməmiş səviyyələrə endiyinə görə, neft şirkətləri böyük təzyiq altındadır.

 

 

Share