“Ermənilərin atdığı raketdən Gəncə şəhərində əsr yarım yaşı olan provaslav kilsəsi də zərər görüb”

“Ermənilərin atdığı raketdən Gəncə şəhərində əsr yarım yaşı olan provaslav kilsəsi də zərər görüb”

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərbaycan tolerant dövlətdir. Ölkəmizdə çoxlu kilsələr, məscidlər, sinaqoqlar var”.

APA-nın məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.

O bildirib ki, Gəncə şəhərində IX əsrdən qalma İslam Peyğəmbərinin 5-ci nəvəsinə məxsus məscid zərər görüb: “Eyni zamanda Gəncə şəhərində əsr yarım yaşı olan provaslav kilsəsinin ətrafına düşən raket zərbələrindən kilsə də zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmır”.

Share