Ermənilərin atdığı “Toçka-U” nəhəng çuxur yaratdı –  Video

Ermənilərin atdığı “Toçka-U” nəhəng çuxur yaratdı – Video

08.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Cəbhədə döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri dinc əhalini hədəf almaqda davam edir.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, düşmən səhər saatlarında Bərdəyə raket zərbələri endirilib.

Ermənistan ordusu tərəfindən atılan “Toçka-U” raketlərindən biri şəhərin Qasımbəyli kəndində əkin sahəsinə düşüb.

Nəticədə təxminən 10 metr dərinliyində böyük çuxur yaranıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu gün saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Share