Ermənistan ordusunun hücumları nəticəsində 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb

Ermənistan ordusunun hücumları nəticəsində 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb

11.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Sentyabrın 27-dən oktyabrın 11-dək olan müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, bu müddət ərzində 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb.

Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1 165, çoxmənzilli yaşayış binalarının sayı 57, mülki obyektlərin sayı isə 146 olub.

 

Share