"Ermənistan tərəfdə muzdluların döyüşməsi ilə bağlı faktlar var”

"Ermənistan tərəfdə muzdluların döyüşməsi ilə bağlı faktlar var”

10.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

“Ermənistan tərəfdən muzdlu döyüşçülərin Azərbaycana qarşı müharibədə iştirakı ilə bağlı çoxsaylı faktlar mövcuddur”.

Axşam.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov deyib ki, Ermənistan diaspor üzvləri bununla bağlı bir sıra ölkələrdə fəaldırlar:

“Diaspor təşkilatlarının rəhbərləri bəzən erməni mənşəli, bəzən də erməni mənşəli olmayan şəxslər üçün toplanış məntəqələrinin olduğunu elan edirlər. Artıq məsələ o qədər açıq səviyyəyə çatıb ki, Ermənistan Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində bunu etiraf edir, xarici ölkələrdən gələnlərin müraciət edərək döyüşdüyünü bildirir. Bizdə PKK terror təşkilatının üzvlərinin də döyüş əməliyyatlarına cəlb olunduğu barədə məlumatlar və faktlar var”.

Xarici İşlər naziri qeyd edib ki, Ermənistan hər zaman müxtəlif ölkələrdən terrorçuları döyüşlərə cəlb edib:

“Birinci Qarabağ müharibəsində də Ermənistan terrorçulardan istifadə edib. Bunlardan diri Livandan gəlib Ermənistan tərəfində döyüşmüş və Azərbaycan Ordusu tərəfindən öldürülmüş Monte Melkonyan idi. Hazırda o, Ermənistanın Milli Qəhrəmanıdır. O, Ermənistana gəlməmişdən əvvəl Fransada terror aktı törətmişdi. Bu, bir daha onu sübut edir, Ermənistan hər zaman belə qanunsuz addımlara əl atıb. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzidir”.

Share