Ermənistanda»Rədd ol II Qaregin!» aksiyası başlayır

Ermənistanda»Rədd ol II Qaregin!» aksiyası başlayır

26.12.2020 Выкл. Автор admin

Dekabrın 27-də Ermənistanda Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginə qarşı aksiyanın keçirilməsi planlaşdırılır.

APA-nın “SputnukArmenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Facebook” üzərindən çağırışlar edilir.

Aksiyanın II Qareginin Eçmiədzindəki iqamətgahının qarşısında keçirilməsi nəzərdə tutulur.

Ermənistan Baş Prokurorluğu iştirakçıları aksiya zamanı təhqiramiz ifadələrdən istifadə etməməyə, dindarların heysiyyətini təhqir edəcək addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, II Qaregin Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb etmişdi.

Share