FIDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb

FIDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

FIDE şahmatçıların aprel ayı üçün reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, koronavirus infeksiyası səbəbindən iddiaçılar turnirindən imtina edən şahmatçımız Teymur Rəcəbov 9-cu pillədəki mövqeyini qoruyub (2765). Qrossmeysterimiz Şəhriyar Məmmədyarov da əvvəlki kimi 11-ci pillədədir (2764).

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664, 74-cü yer), Rauf Məmmədov (2654, 90-cı yer) ilk yüzlükdə yer alıblar.

Siyahıda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) ilk üçlükdə qərarlaşıblar.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443, 29-cu yer), Gülnar Məmmədova (2382, 77-ci yer) Xanım Balacayeva (2376, 86-cı yer) ilk yüzlükdə yer alıblar.

Share