FIFA kişi və qadınlardan ibarət rəmzi komandanı açıqlayıb

FIFA kişi və qadınlardan ibarət rəmzi komandanı açıqlayıb

18.12.2020 Выкл. Автор admin

Dekabrın 17-də FIFA “İlin ən yaxşıları” müsabiqəsi üzrə qaliblərin adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ilk dəfə onlayn formatda təşkil olunan tədbir ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə on bir nominasiya üzrə mükafatlar təqdim olunub.

Kişilər arasında ilin rəmzi komandasında qapıçı Alisson Beker («Liverpul», İngiltərə), müdafiəçilər Serxio Ramos («Real Madrid», İspaniya), Vircil van Deyk, Trant Aleksander-Arnold (hər ikisi «Liverpul»), Coşua Kimmix («Bavariya», Almaniya), yarımmüdafiəçilər Alfonso Deyvis («Bavariya»), Tyaqo Alkantara («Liverpul»), Kevin De Bröyne («Mançester Siti», İngiltərə), hücumçular Lionel Messi («Barselona», İspaniya), Kriştianu Ronaldo («Yuventus», İtaliya) və Robert Levandovski («Bavariya») yer alıblar.

FİFA həmçinin qadınlar arasında ilin ən yaxşı komandasının da adını açıqlayıb.

Rəmzi «11-lik»də qapıçı Tiana Endler (Paris Sen-Jermen, Fransa), müdafiəçilər Lyusi Bronz («Mançester Siti», İngiltərə), Vendi Renar («Lion», Fransa), Milli Brayt («Çelsi», İngiltərə),

yarımmüdafiəçilər Delfina Kaskarino («Lion», Fransa), Barbara Bonansea («Yuventus», İtaliya), Veronika Bokete («Milan”, İtaliya), Meqan Rapino (ABŞ millisi), hücumçular Pernilla Harder («Çelsi», İngiltərə), Vivianne Midema («Arsenal», İngiltərə) və Tobin Hit («Mançester Yunayted», İngiltərə) qərarlaşıblar.

Qeyd edək ki, “The Best”lə bağlı səsvermə noyabr 25-dən dekabrın 9-dək davam edib. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edib.

Xatırladaq ki, ötən il bu mükafata İspaniyanın «Barselona» klubunun ulduz futbolçusu Lionel Messi layiq görülüb. Argentinalı bu mükafatı altı dəfə qazanan ilk futbolçu kimi tarixə düşüb.

Share