Futbol üzrə İspaniya çempionatı bərpa olunur

Futbol üzrə İspaniya çempionatı bərpa olunur

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus epidemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə İspaniya çempionatının bərpasına qərar verilib.

AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, karantin vəziyyətindən 4 mərhələli çıxış planı hazırlayan ölkədə çempionatın iyunun 5-12-də bərpası gözlənilir. İspaniyanın Baş Naziri Pedro Sançesin açıqladığı tədbirlər planına uyğun olaraq, futbolçulara mayın 4-dən etibarən fərdi məşqlərə başlamağa icazə veriləcək. Mayın 18-dək fərdi məşqlərin ediləcəyi ölkədə daha sonra qrup halında hazırlıqlara başlanacaq. İyunun 1-də komandalar məşqlərini tam heyətlə davam etdirəcəklər.

La Liqanın prezidenti Xavyer Tebas isə görüşlərin azarkeşsiz keçiriləcəyini söyləyib. O deyib: “Digər ölkələrdə komandalar artıq məşqlərə başlayıblar. İspaniyada futbol həmin ölkələrdəki kimi önəmli iqtisadi gücdür”.

Share