Futbol üzrə İsveçrə çempionatının oyunları iyunun 8-də yenilənə bilər

Futbol üzrə İsveçrə çempionatının oyunları iyunun 8-də yenilənə bilər

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İsveçrə Federal Şurasının qəbul etdiyi qərarda bildirilir ki, koronavirus pandemiyasına görə dayandırılmış milli futbol çempionatının keçirilməsi iyunun 8-dən yenilənə bilər.

AZƏRTAC “Blick” nəşrinə istinadla xəbər verir ki, yarışların tamaşaçılarsız keçirilməsi planlaşdırılır, amma çempionatın yenilənməsi üçün bu haqda qəti qərar İsveçrə futbol liqası tərəfindən təsdiqlənməlidir.

Mayın 11-dən etibarən müxtəlif idman növlərinin nümayəndələrinin məşqlər keçirməsinə icazə veriləcək. Bu halda məşqlər ən çoxu beş nəfərdən ibarət qruplar şəklində keçiriləcək. Üstəlik, qrupun iştirakçıları arasında hər hansı fiziki əlaqəyə icazə verilmir.

İsveçrənin çempionatı 23 turdan sonra dayandırılmışdı. Turnirin lideri “Sankt-Qallen”in hesabında 45 xal var. “Yanq Boyz”un da aktivində eyni sayda xal var, lakin bu komanda əlavə göstəricilər üzrə liderdən geri qalır. “Bazel” 40 xal ilə üçüncü yerdədir.

Yeni koronavirus pandemiyası başlanandan dünyada təxminən 3,1 milyon insan koronavirusa yoluxub, 210 mindən çox adam bu səbəbdən dünyasını dəyişib.

 

Share