Gələn il keçirilməsi nəzərdə tutulan çimərlik voleybolu üzrə dünya çempionatının vaxtı dəyişdirilib

Gələn il keçirilməsi nəzərdə tutulan çimərlik voleybolu üzrə dünya çempionatının vaxtı dəyişdirilib

24.04.2020 Выкл. Автор admin

«Hakimiyyet.com» xəbər verir ki,

Gələn il keçirilməsi nəzərdə tutulan çimərlik voleybolu üzrə dünya çempionatının vaxtı dəyişdirilib. Mundial 2022-ci ildə təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dünya çempionatı Romada keçiriləcək. Turnirin vaxtının dəyişdirilməsi barədə qərar idman tədbirlərinin təqvimində əhəmiyyətli dəyişikliklərdən sonra qəbul edilib. Edilən dəyişikliklər isə koronavirus pandemiyası səbəbindən «Tokio-2020» Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə bağlıdır.

Share