“Gəncəyə raket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib”

“Gəncəyə raket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib”

11.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Gəncənin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının gecə saatlarında düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında yazıb.

“Həmçinin 10-dan artıq çoxmənzilli yaşayış binasına, 100-dən çox müxtəlif təyinatlı obyektə, o cümlədən məktəb binalarına ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir”, – deyə nazir bildirib.

Share