
Generalın rəhbərliyi ilə bir qrup türkiyəli hərbçi Azərbaycana yola düşüb
26.12.2020Dağlıq Qarabağda Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi 2021-ci ilin yanvarında fəaliyyətə başlayacaq.
Hakimiyyet.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı bildirib.
Məlumata əsasən, briqada generalının rəhbərliyi ilə bir qrup hərbçi Azərbaycana yola düşüb.
Digər təfərrüatlar barədə məlumat verilməyib.