Goranboyda əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı qurulacaq

Goranboyda əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı qurulacaq

27.12.2020 Выкл. Автор admin

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  bildiriblər ki, Goranboy rayonunun Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qəhrəmanlarımızdan biridir. O, hazırda hərbi xidmətini davam etdirir. Vüsalın ailəsi üç nəfərdən ibarətdir: özü, anası və qardaşı.

Nazirliyin əməkdaşları əsgərin anası və qardaşı ilə görüşüb, ailənin yaşayış vəziyyətini öyrəniblər. Vüsalın anası evdar qadındır və işləmək istəmir. Qardaşı 21 yaşlı Röyal isə anasını evdə tək qoyub işə çıxmaq istəməsə də, iribuynuzlu heyvandarlıq üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Onun istəyi nəzərə alınaraq qeydiyyatı aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə ailə üçün heyvandarlıq təsərrüfatı yaradılacaq.

Hakimiyyet.com

Share