Gürcüstanda koronavirusa yoluxanların sayı 12 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 12 mini keçib

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 478 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 12 272 nəfərə, ölənlərin sayı 91 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5590 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 6538 nəfərin sağaldığı bildirilir.

Share