Haftar və Əsəd Türkiyəyə qarşı – Dəməşqdə yeni səfirlik

04.03.2020 Off By admin

Liviyada yaraqlıların lideri, general Xəlifə Haftar Suriyada səfirlik açıb.

Teleqraf.com “Reuters”ə istinadla xəbər verir ki, Suriyanın şərqini nəzarətdə saxlayan Haftar Bəşər Əsədlə əməkdaşlığını rəsmən bəyan edib.

Liviya Milli Hökumətinə qarşı müharibə elan edən Haftar Suriyada səfitliyin açılması barədə göstəriş verib.

Səfirlik bu gündən fəaliyyətə başlayıb. Haftar və Əsəd Türkiyəyə qarşı birlikdə savaşmaq barədə razılıq da əldə ediblər.

Səfirliyin açılışında çıxış edən Suriya xarici işlər naziri Faysal Mikdad
“Terrorçuluq ərəb ölkəsinin sonuna çıxacaq”, deyə bildirib.

Qeyd edək ki, Türkiyə həm Suriyada diktator Bəşər Əsəd qüvvələrinə, həm də Liviyada Xəlifə Haftarın silahlılarına qarşı hərbi əməliyyatlar həyata keçirir.

Share