Hakimi təhqir edən Cavid Hüseynovla bağlı apelyasiya şikayəti təmin edilməyib

10.03.2020 Off By admin

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda “Zirə” tərəfindən verilmiş apelyasiya şikayətinə baxılıb.

Tribunal bu müraciəti təmin etməyib. İntizam Komitəsinin Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Cavid Hüseynovun 4 oyunluq cəzası və klubun 3200 manatlıq cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Share