Hikmət Hacıyev: “Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb”

Hikmət Hacıyev: “Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb”

10.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı “SCUD” olan ballistik raketi buraxılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”, – H. Hacıyev qeyd edib.

Share