Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib

Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra “Qarabağ Azərbaycandır!” şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” banneri şəhərin mərkəzində yerləşən avtomagistral yoldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş etdirilməsi ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.

Share