İmişlidə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

İmişlidə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

24.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Xəbərə hadisə anının görüntüləri əlavə olunub

***

saat 12:06

İmişlidə yük maşını ilə minik avtomobili toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişlinin Çahar kəndi ərazisində qeydə alınıb. 

“QAZel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində İmişli rayon sakinləri — 1989-cu il təvəllüdlü Eyvazov Elməddin Vahid oğlu və 1991-ci il təvəllüdlü Xankişiyev Nizami Teyyub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Share