İpoteka və Kredit Zəmanət Fondu ötən ili 18,7 mln. manat mənfəətlə yekunlaşdırıb

İpoteka və Kredit Zəmanət Fondu ötən ili 18,7 mln. manat mənfəətlə yekunlaşdırıb

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

2019-cu ili sonuna Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun aktivləri illik 10,6% artaraq bu ilin əvvəlinə 1 406 231 273 manat təşkil edib.

APA-Economics” bu barədə Fondun ötən ilin yekunlarına dair audit hesabatına istinadən xəbər verir.

Bu müddətdə ipoteka kreditlərinin həcmi də 12,6% artaraq 998158 213 manata çatıb. Banklarda yerləşdirilmiş depozitlər isə 2,2 dəfə azalaraq 23 830 818 manat təşkil edib.

Hesabat ilində Fondun öhdəlikləri 2,1% artaraq 754 397 012 manata yüksəlib, nizamnamə kapitalı 21,5% artaraq 566 mln. manat olub.

Audit hesabatında deyilir ki, 2019-cu ilin yekunlarına əsasən Fondun mənfəəti 18 694 850 manat təşkil edib. Bu isə 2018-ci il ilə müqayisədə 24% azalma deməkdir.

 

 

Share