İran XİN Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyib

İran XİN Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyib

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İran Ermənistanın atəşkəsi pozaraq Azərbaycan şəhərlərinin həyati infrastrukturuna, yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyib. 

APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xəribzadə Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasına münasibət bildirərək qeyd edib ki, İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında baş verən son qarşıdurmalardan sonra elan edilmiş atəşkəsin pozulmasına görə təəssüflənir: “İran İslam Respublikası tərəfləri daha təmkinli olmağa çağıraraq, şəhərlərin həyati infrastrukturuna və yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyir və həlak olanların ailələrinə başsağlığı verir”.

Səid Xətibzadə bildirib ki, İran İslam Respublikası tərəfləri bir daha atəşkəsə riayət etməyə və beynəlxalq hüquq normaları çərçivəsində danışıqları davam etdirməyə, bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyə və işğal altındakı şəhərlərin boşaldılmasına çağırır və bu istiqamətdə bölgədə sülh və davamlı həll yoluna nail olmaq üçün danışıqları asanlaşdırmağa hazır olduğunu bəyan edir.

Share