İranlı muğam ifaçısı Məhəmməd Rza Şəcərian vəfat edib

İranlı muğam ifaçısı Məhəmməd Rza Şəcərian vəfat edib

08.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İran muğam ifaçısı Məhəmməd Rza Şəcərian vəfat edib. 

APA-nın “The Wahington Post”a istinadən verdiyi xəbərə görə, 80 yaşlı muğam ifaçısının ölüm səbəbi xərçəng xəstəliyi olub.

1940-cı ildə Məşhəd şəhərində anadan olan Məhəmməd Rza Şəcərian İranın ən böyük muğam ifaçılarından biri hesab olunub.

Qeyd edək ki, oğlu Humayun Şəcərian hazırda onun yolunu davam etdirir.  

Share