İsmayıllıda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb

İsmayıllıda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb

24.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. «BMW» markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində İsmayıllı sakini, 1985-ci il təvəllüdlü Əsədov Elşən Qabil oğlu, Balakən sakini, 1995-ci il təvəllüdlü Atayev Toğrul Abduləziz oğlu, Ağdaş rayon sakini, 1989-cu il təvəllüdlü Ələkbərov Hüseyn Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

 

Share