“İstəyirdik, bir az fərqli oyun göstərək”

“İstəyirdik, bir az fərqli oyun göstərək”

10.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“İstəyirdik ki, bir az fərqli oyun göstərək. Qalib gəlməyə çalışırdıq”.
 
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
 
İtaliyalı mütəxəssis Millətlər Liqasının III turunun Monteneqro ilə səfərdəki oyunu barədə fikirlərini açıqlayıb: “Buna baxmayaraq, oyunun əvvəlində erkən qol buraxdıq. Künc zərbəsindən qapımıza vurulan topu buraxmaya da bilərdik. Monteneqro yığması az şans əldə etsə də, bundan yararlandı. İlk yarıda imkanlarımızdan aşağı oynadıq. Bu da yaxşı hal deyir. Oyunu daha soyuq başla analiz edəcəyik”.
 
Qeyd edək ki, C liqasının 1-ci qrupunun Monteneqro – Azərbaycan oyununda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb

Share