İstanbulun Sabiha Gökçen hava limanında baş verən təyyarə qəzasında pilotlar təqsirli bilinib

İstanbulun Sabiha Gökçen hava limanında baş verən təyyarə qəzasında pilotlar təqsirli bilinib

25.12.2020 Выкл. Автор admin

İstanbulun Sabiha Gökçen hava limanında baş verən təyyarə qəzası ilə bağlı hesabat hazırlanıb.

AZƏRTAC xəbər verir ki, hesabata əsasən, kapitan pilot Mahmut Aslan və ikinci pilot Ferdinant Pondaaq qəzada təqsirli biliniblər. Qəzada pilotlarla yanaşı, hava limanında işləyən daha dörd nəfər də təqsirli bilinib. Hesabatda hadisənin ildırım vurması nəticəsində pilotun təşvişə düşməsi və havanın yağıntılı olması səbəbindən uçuş-enmə zolağının sürüşkənliyi nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, fevralın 5-də İzmir-İstanbul aviareysi üzrə hərəkət edən sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçen hava limanına sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb. Nəticədə üç hissəyə ayrılan təyyarədəki sərnişinlərdən üçü həlak olub.

Share