İtaliya A Seriyası: “Yuventus” klubu “İnter”dən güclü olub

09.03.2020 Off By admin

Bakı, 9 mart, AZƏRTAC, Nicat Məmmədov

Martın 8-də İtaliya A Seriyasında 27-ci turun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, lider “Yuventus” öz meydanında üçüncü yerdə qərarlaşan “İnter” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qoca sinyora”nın heyətində Aron Remsi (55) və Paolo Dibala (67) fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 63-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyini davam etdirir. “İnter” isə 54 xalla üçüncü yerdə qərarlaşıb.

Share