İtaliyada koronavirus qurbanlarının sayı 148 nəfərə çatıb

06.03.2020 Off By admin

İtaliyada koronavirusun yeni növündən ölənlərin sayı 148 nəfərə çatıb, 3286 nəfər isə bu virusun daşıyıcısıdır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlamasında deyib.

“Əvvəlcə sağalanlardan danışın: Bu gün onların sayı 138 nəfər çoxdur – ümumilikdə 414 nəfər. Ölənlərin sayı 41 nəfər artaraq 148 olub, onlar 66-94 yaşları arası insanlardır. Virusa bu günədək 3286 nəfər yoluxub”, – Borrelli belə deyib.

Borrelli, həmçinin bildirib ki, yoluxanların 10%-I intensive terapiya şöbəsinə yerləşdirilib.

Ölkədə virusun yayılmasının episentri Lombardiya və Veneto hesab olunur. Hökumət martın 15-dək ölkədə bütün təhsil müəssisələrinin bağlanmasına qərar verib.

Share