Kamerunda silahlı hücum: ölənlər var

09.03.2020 Off By admin

Kamerunun ingilisdilli qərb bölgəsində silahlı şəxslərin hücumu nəticəsində səkkiz nəfər, o cümlədən dörd hüquq mühafizə orqanlarının əməkdaşı həlak olub.

“CRTV” xəbər verir ki, bundan əlavə bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, ölkənin bu ingilisdilli bölgəsində separatçılar fəaliyyət göstərir.

Kamerunun qalan hissəsində fransız dili üstünlük təşkil edir.

Məlumata əsasən, cinayətkarlar motosikletlərlə hərəkət edirmiş. Onların üstündə çoxlu silah və sursat olub.

Share