Könüllülük fəaliyyətinin həyata keçirilməsində gənclər təşkilatlarının rolu müzakirə olunacaq

12.01.2020 Выкл. Автор admin

Yanvarın 15-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Sabunçu Gənclər (GTMŞ) evində 2020-ci ildə könüllülük fəaliyyətinin təşkili və həyata keçirilməsində gənclər təşkilatlarının roluna dair görüş baş tutacaq.

Şuradan AZƏRTAC-a bildiriblər ki, tədbirdə könüllülük fəaliyyəti ilə bağlı bu GTMŞ-nin fəaliyyət planının təqdimatı olacaq. Həmçinin cari ildə könüllülük fəaliyyətinin təşkili və həyata keçirilməsində gənclər təşkilatlarının rolu, onların fəaliyyət planlarının prioritet istiqamətləri nəzərdən keçiriləcək.

Bundan başqa, tədbirdə Prezident İlham Əliyevin dekabrın 30-da imzaladığı “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafında əhəmiyyəti, könüllülük hərəkatının daha geniş vüsət alması və digər məsələlər də müzakirə olunacaq.

Share