Lənkəranda beşmərtəbəli binada yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Lənkəranda beşmərtəbəli binada yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin bir otağında yataq dəsti yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı üç nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share