LİDERLİK XARİZMASI

LİDERLİK XARİZMASI

08.09.2019

13:16

Yadımdadır, YAP Xətai rayon təşkilatında ulu öndərə həsr olunmuş tədbirlərin birində Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə xanım Seyidzadə ulu öndərlə bağlı xatirələrini toplantı iştirakçıları ilə bölüşdü:
– Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrlər idi. Onunla birlikdə rayonlara səfərimiz zamanı yol kənarında böyük izdiham ulu öndəri alqışlayırdı. Əllərində Əliyevin portreti, bayraqlar, gül-çiçəklər. Hər kəsin gözündə sevinc, üzündə fərəh. Heydər Əliyev hər kəsi salamlayır, görüşürdü. Ayaqyalın, nimdaş geyimdə bir uşaqsa bir neçə km yolu maşın karvanının arxasınca qaçırdı. Sonra kimsə onu dayandırdı.
Bu hadisədən 3 aya yaxın bir vaxt keçmişdi. Gecə saat 12 radələrində Heydər Əliyev mənə zəng vurub həmin səfər zamanı maşının arxasınca qaçan o çəlimsiz oğlanı tapmağı tapşırdı. Baş üstə deyib dəstəyi asdım. O dəqiqə həmin rayonların birinci katibləri ilə əlaqə saxladım. Məlum oldu ki, uşağın valideynləri yoxdur. Hazırda Bakının Nizami rayonunda yerləşən Vərəm dispanserində müalicə olunur. Mən xəstəxananın baş həkimi ilə əlaqə saxladım və məlumat təsdiqləndi.
Səhər Heydər Əliyev işə gələn kimi tapşırığın nə yerdə olduğunu soruşdu. Mən olduğu kimi məlumat verdim. Tapşırdı ki, uşağı nəzarətə götürün. Uşaq tam müalicə olunduqdan sonra uşaq evinə yerləşdirildi. Ali təhsil aldı. Və işlə təmin olundu…

 

Hüseynbala Mirələmov, Milli Məclisin üzvü

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email