Lisenziyası ləğv olunmuş “Amrah Bank”ın əməkdaşları əməkhaqlarını və təzminat istəyirlər

Lisenziyası ləğv olunmuş “Amrah Bank”ın əməkdaşları əməkhaqlarını və təzminat istəyirlər

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilən “Amrah Bank” ASC-nin əməkdaşları bankın baş ofisinda aksiya keçiriblər.

APA-nın məlumatına görə, onlar aprel ayının maaşının ödənilməsini və ixtisara düşdükləri üçün təzminat verilməsini istəyirlər.

Onların tələbinə bank rəhbərliyi tərəfindən hələlik konkret cavab verilməyib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “Amrah Bank” ASC və “Atabank” ASC-nin lisenziyası ləğv edilib.

Share