“Liverpul” böyük hesabla uduzaraq, Liqa Kuboku ilə vidalaşıb
18.12.2019ngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Günün yeganə matçında “Aston Villa” “Liverpul”u qəbul edib. Görüşdə Premyer Liqanın autsayderi darmadağınla qalib gəlib. 0:5 hesabı ilə uduzan “Liverpul” Liqa Kuboku ilə vidalaşıb. Onların məğlubiyyətində gənc heyətlə mübarizə aparması rol oynayıb. “Liverpul”un əsas heyəti klublararası dünya çempionatında iştirak üçün Qətərə yollanıb.