Məktəblərdə yay tətili ləğv olunacaq? –  Açıqlama

Məktəblərdə yay tətili ləğv olunacaq? – Açıqlama

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Güman edirəm ki, məktəblilərin yay tətilinin ləğv olunması üçün əsas yoxdur”.

Axşam.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, şagirdlərin istirahət hüquqları yəqin əllərindən alınmaz:

“İstərdim ki, əvvəlki illərdən fərqli olaraq yay tətilini şagirdlər bu il fərqli qiymətləndirsinlər. Çünki dərs ili başladıqdan sonra boşluqların aradan qaldırılması yalnız müəllim və məktəbin qayğıları olmayacaq. Bunun üçün yay tətili müddətində şagirdlər də bu boşluqların aradan qaldırılması üçün öz töhfələrini vermək üçün hazırlaşmalıdırlar”.

Share