Maqnus Karlsen onlayn superturnirdə liderliyini davam etdirir

Maqnus Karlsen onlayn superturnirdə liderliyini davam etdirir

24.04.2020 Выкл. Автор admin

«Hakimiyyet.com» xəbər verir ki,

Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə təşkil edilən şahmat üzrə onlayn superturnirdə üçüncü turun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyunlarında fransalı Maksim Vaşe-Laqrav çinli Liren Dinq, niderlandlı Aniş Giri rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparıblar. L.Dinq M.Vaşe-Laqravı əsas 4 partiyadakı heç-heçələrin ardından “armagedon”da üstələyərək qarşlaşmadan qalib ayrılıb (3:2). Nəticədə, çinli şahmatçı hesabına 2, Fransa təmsilçisi 1 xal yazıb. Y.Nepomnyaşi isə A.Girini əsas partiyalarda 2,5:1,5 hesabı ilə üstələyib. Rusiyalı şahmatçı aktivinə daha 3 xal əlavə edib.

Ötən oyunların yekun nəticələrinə görə, M.Karlsen 8 xalla liderliyini davam etdirir. Hikaru Nakamuranın 7, L.Dinqin 6, Fabiano Karuana, M.Vaşe-Laqrav və Y.Nepomnyaşinin 5 xalı var. FIDE təmsilçisi Əlirza Firuzca və A.Giri hələ ki xalsızdırlar.

Share