Martın 30-da Rostov-Bakı aviareysi açılacaq

04.03.2020 Off By admin

Bakı ilə Rostov şəhərləri arasında birbaşa sərnişin aviareys təşkil olunacaq.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

Onun sözlərinə görə, bu gün imzalanan sənədə əsasən ilk uçuş martın 30-da həyata keçiriləcək.

Qeyd edək ki, bu gün Bakıda Rusiyanın “Azimut” aviaşirkəti ilə Azərbaycanın “PASHA Travel” şirkəti arasında hava nəqliyyatı ilə sərnişin daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Share