Masallıda jurnalistlərlə görüş keçirilib

Masallıda jurnalistlərlə görüş keçirilib

23.07.2021 Off By admin

İyul ayının 22-də Karantin qaydaları gözlənilməklə Masallı Rayon Heydər Heydər Əliyev Mərkəzi və Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar  “Heydər Əliyev və müasir Azərbaycan Mətbuatının inkişaf tarixi” mövzusunda tədbir keçirilib.

İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin və şəhid olmuş jurnalistlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq bildirib ki, bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb. Məhz ulu öndər Heydər Əliyev sayəsində Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. Bu gün respublikamızda milli mətbuata olan diqqət və qayğı, söz və fikir azadlığının təminatı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun nəticəsidir.
Daha sonra Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Milli Mətbuatımızın tarixindən söz açıb. O, qeyd edib ki, Azərbaycanda ilk mətbuu orqan olan «Əkinçi» qəzetinin nəşrə başladığı 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş «Əkinçi» qəzetinin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, Azərbaycan milli mətbuatının təşəkkülündə əvəzsiz rolu olmuşdur. Milli mətbuatımızın bərqərar olmasında Həsən bəy Zərdabinin adını çəkdiyimiz kimi, müstəqil Azərbaycan mətbuatının tərəqqisi naminə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasəti böyük qürurla qeyd etməliyik. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi Azərbaycanda azad mətbuatın inkişafına təkan vermişdir.
Sonda hər iki müəssisənin əməkdaşları və Mərkəzin könüllüləri Rayon Tarix-Diyarşünaslıq Muzeyində Mətbuat Gününə həsr olunmuş sərgiyə baxış keçiriblər.

Milli Mətbuat Günü ilə əlaqədar Masallı Rayon Heydər Əliyev Mərkəzində cənub bölgəsində fəaliyyət göstərən KİV-lərin nümayəndələri ilə görüş keçirilib.

Masallıda Heydər Əliyev Mərkəzi açılıb (FOTO)

Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, müavini Aybəniz Qafarova mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Tədbirdə Masallı İctimai Şurasının sədri, “Tərəqqi” medallı veteran, Əməkdar jurnalist Əyyub Mehdiyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri, “Tərəqqi” medallı Qardaş Fətullayev, AzTV-nin bölgə müxbiri Pərvanə Əliyeva, AZƏRTAC-ın bölgə müxbiri, Əməkdar jurnalist Bağır Əliyev, “Azərbaycan” qəzetinin bölgə müxbiri Seyran Cavadov, “Xalq qəzeti”nin bölgə müxbiri Əli Nəcəfxanlı, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov və başqaları çıxış edərək Milli mətbuatımızın inkişafı tarixindən danışaraq ölkəmizdə medianın inkişafına göstərilən dövlət dəstəyini yüksək dəyərləndiriblər.

Görüşdə iştirak edən jurnalistlər Milli Mətbuat Günü ilə əlaqədar mükafatlandırılıblar.

“Hakimiyyet.com”

Share