Milli Məclis bu gün parlamentin buraxılmasını müzakirə edəcək
02.12.2019Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
İclasın gündəliyinə cəmi bir – parlamentin buraxılması ilə bağlı məsələ — daxildir.Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası və YAP-ı Milli Məclisdə təmsil edən deputat korpusu növbədənkənar parlament seçkisinin keçirilməsi üçün Prezidentə müraciət edib.