Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı  Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.

Qeyd olunanlar nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Share