Monitorinq Mərkəzindən məlumatlar hara ötürülür?

Monitorinq Mərkəzindən məlumatlar hara ötürülür?

08.07.2021 Off By admin

Son zamanlar Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin gözə çarpmadığı barədə informasiyalar yayılıb.

Yanvarın 30-da açılışı baş tutan Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir. Lakin cəmiyyət arasında monitorinq mərkəzinin indiyə qədər Azərbaycan Ermənistan sərhədində baş verən ixtişaşlar barədə heç bir açıqlama verməməsi böyük müzakirələrə səbəb olub.
-Bəs, əslində birgə monitorinq mərkəzinin fəaliyyəti hansı funksiyalar üzərində qurulub və iş prinsipi necədir?
-Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz Bizim.Media-ya videomüsahibəsi zamanı mərkəzin quruluşu və fəaliyyəti haqqında yaranan suallara da aydınlıq gətirib.
-O bildirib ki, ümumiyyətlə, mərkəzin quruluş funksiyası tam fərqlidir:
-“Mərkəz qurulduğu ərazilərdə vəziyyətə tam hakimdir. Oradan alınan məlumatlar hər üç ölkə Rusiya, Türkiyə və Azərbaycan tərəfindən koordinasiya edilir. Meydana gələn hadisələr barədə informasiyalar sürətli bir şəkildə Rusiya, Türkiyə və Azərbaycan Müdafiə Nazirliyinə ötürülür. Əgər hər hansı bir pozuntular olsa onların yerindəcə qarşısı alınır və lazimi tədbirlər görülür”.
Sözügedən videonu təqdim edirik:

Vüsalə Balayeva,

Bizim.Media

Share