Müğənnilərə qarşı 200 minlik dələduzluq

Müğənnilərə qarşı 200 minlik dələduzluq

09.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Azərbaycanlı müğənnilərlə “Youtube” kanalına nəzarət edən Türkiyənin “WediaCorp” şirkəti arasında qalmaqal yaşanıb.

buna səbəb müğənnilərimizin “Youtube” profillərində yerləşdirdikləri mahnıların baxış saylarından əldə olunan gəlirlərin onlara ödənmədiyini deməsi olub.

Həmin müğənnilər arasında Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, Nəfəs və başqaları yer alıblar. Agentliyin rəhbəri Funda Şən Bakıya gələrək ifaçılarla görüşüb. Məlum olub ki, bu günə kimi sənətçilərin hesabına 200 min dollar ödənilib. Şirkət rəhbəri hətta ödəmə etdiyi çekləri də göstərib.

Funda Şən bildirib ki, məsələni qanun çərçivəsində həll edəcək:

“Mən Azərbaycanda bu işi qanunlar çərçivəsində qurmuşam. Bir çox müğənni bizə güvənib, “Youtube” kanalını həvalə etdi. Amma öyrəndim ki, burada pul yeyintisi var. Ona görə də özüm birbaşa məsələyə müdaxilə etməli oldum. Məsələ hüquqi müstəvidə həll olunacaq. Artıq burada prodüser və rejissor kimi tanıdığınız Şəhanə Ayazqızı ilə çalışacağıq”.

 

Məsələ ilə bağlı danışan Şəbnəm Tovuzlu hadisədən xəbər tutan zaman təəccübünü gizlədə bilmədiyini deyib:

“Ən çox pul mənim “Youtube” kanalımdan gəlibmiş. Təsəvvür edin, indiyənə kimi şirkət adıma 130 min dollar göndərib. Amma mənə çatmayıb. Həmin şəxsi bağışladım. Amma artıq kanalımı işlətmək haqqı yoxdur. Birbaşa özüm əlaqə qurub, gəlirimi də götürəcəm”.

Share