“Müvəqqəti atəşkəsdən sonra da Ermənistan mülki əhalini atəşə tutur”

“Müvəqqəti atəşkəsdən sonra da Ermənistan mülki əhalini atəşə tutur”

10.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Hazırda Xarici İşlər naziri Ceyhun Bayramovla Prezidentin köməkçisi Hikmət Hacıyev brifinq keçirir.

Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzünün hələ də bitmədiyini bildirib:

“Müvəqqəti atəşkəsdən sonra bu gün də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı atəşə tutması davam edir. Azərbaycan silahlı qüvvələri də özünü müdafiə üçün bu cür təxribatlara cavab vermək məcburiyyətindədir. Son bir il ərzində baş verən proseslər onu göstərdi ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil. Onlar Azərbaycan torpaqlarını ilhaq etməkdə maraqlıdırlar”.

Share