““Müzəffər erməni ordusu” haqqında mif puç oldu”

““Müzəffər erməni ordusu” haqqında mif puç oldu”

11.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Bu, onu göstərir ki, bütün bu fikirlər yalan idi, bu, qəsdən ortaya atılmış məsələ idi, burada bir neçə məqsəd vardı. Əvvələn, Türkiyəni daha da iblisləşdirmək. Təəssüf ki, Qərbdə bu məqsəd müasir siyasi modanın hansısa normasına çevrilir. Bu, tamamilə əsassızdır. Türkiyə öz maraqlarını güdür, öz həyatını yaşamaq hüququnu qoruyur”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı “Bu günlər ərzində Azərbaycanı və şəxsən Sizi dəfələrlə bunda ittiham ediblər ki, əslində, bu münaqişə ilə bağlı bütün məsələləri Türkiyənin hakimiyyət orqanları idarə edirlər. Biz Türkiyəni danışıqlar masası arxasında görmədik. Nə üçün?” sualının cavabında bildirib ki, Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin itaətkar müttəfiqi olmağa son qoyub.

“O, həm öz regionunda, həm də dünyada öz şərtlərini diktə edir. Türkiyə ilə hesablaşırlar. Türkiyənin nüfuzu artıb. Türkiyə ordusu NATO-da ikinci yeri tutur. O, istənilən hərbi-siyasi problemi həll edə bilər. Buna görə əlbəttə, Qərb tərəfindən bu cür açıq təzyiq göstərilir. Bu təzyiq hətta Türkiyəyə münasibətdə hansısa çox qəribə və mənfi emosional fonla bağlıdır. Yəni, birinci səbəb Türkiyəni iblisləşdirmək istəyidir. İkinci səbəb Azərbaycanın potensialını, o cümlədən hərbi-texniki potensialını azaltmaq və belə təsəvvür yaratmaq cəhdidir ki, hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan başqa birisi həll edib. Xeyr, biz öz torpaqlarımızı özümüz azad etmişik. Belə adlandırılan “müzəffər erməni ordusu” haqqında mif puç oldu, əslində, belə ordu yox idi. Münaqişənin tarixinə dərindən bələd olanlar çox gözəl bilirlər ki, bizim torpaqlarımız, o cümlədən sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən işğal edilib. Xankəndidə yerləşən bu alaydakı hərbi qulluqçuların məncə 70 faizi erməni mənşəli idi. Yəni bu, şəxsi heyəti ermənilərdən ibarət olan sovet silahları, sovet komandanlığı idi. Onlar həm etnik təmizləmələrdə, həm də soyqırımında fəal rol oynayırdılar”.

Dövlət başçısı əlavə edib ki, 366-cı alayın dəstəyi və fəal iştirakı olmasaydı, Ermənistan bizim əraziləri tuta bilməzdi: “Ona görə bundan sonra belə bir mif yarandı ki, erməni ordusu müzəffərdir, Azərbaycan Ordusu onun qarşısında dayana bilməz. Buna görə bu mifi saxlamaq lazım idi, amma Azərbaycan tərəfindən acı məğlubiyyətə uğradıldığını etiraf etmək görünür, Ermənistan cəmiyyəti və Ermənistan rəhbərliyi üçün çox ağır idi. Üçüncüsü, onlara dünya arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq lazım idi. Bunu etmək isə çox çətindir. Ona görə ki, bu gün dünya ölkələri ilə Azərbaycanın çoxşaxəli iqtisadi və siyasi əlaqələri var. Bu gün biz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edirik və yekdilliklə seçilmişik. Əgər bizim ölkəmiz müstəqil potensiala malik olmasaydı, bu cür hörmət qazana bilərdikmi?”

Share