Nazirlər Kabinetindən magistr diplomlarının verilməsinə dair VACİB QƏRAR

10.03.2020 Off By Füzuli İsmayılov

Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.

Hakimiyyet.com-un məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənib. Bununla da magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.

Eyni zamanda dəyişikliklə magistr diplomu ilə magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamağa imkan verəcək.

Share