Nepal Himalay zirvələrini ekspedisiyalara bağlayıb

13.03.2020 Off By admin

Nepal Everest zirvəsi də daxil olmaqla Himalay zirvələrini ekspedisiyalara bağlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Nepalın Turizm naziri Yogeş Bhattaray yaz mövsümü üçün mart-may ayları ərzində bütün zirvələrə ekspedisiyaların dayandırıldığını bildirib. Nazirin sözlərinə görə, bu, COVID-19 pandemiyası ilə mübarizədə atılan ehtiyat addımdır.

Dünyanın ən yüksək 14 dağının səkkizinə sahib olan Nepal hər il alpinistlərdən ekspidesiyalar üçün 4.4 milyon dollar icazə haqqı qazanır.

Qeyd edək ki, hazırda Nepalda bir nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb, o, Çində təhsil alan tələbədir.

Share