On səkkiz vətəndaşa qarşı dələduzluq edən şəxslər yaxalanıblar

On səkkiz vətəndaşa qarşı dələduzluq edən şəxslər yaxalanıblar

05.12.2019 Off By Füzuli İsmayılov

On səkkiz nəfərə qarşı dələduzluq edən dörd nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər – Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Share