On yeddi yaşadək şahmatçılar “Biz birlikdə güclüyük” onlayn turnirində mübarizə aparacaqlar

On yeddi yaşadək şahmatçılar “Biz birlikdə güclüyük” onlayn turnirində mübarizə aparacaqlar

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Mayın 1-də şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə “Biz birlikdə güclüyük” adlı onlayn turnir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 17 yaşadək şahmatçıların qatılacağı yarış İsveçrə sistemi üzrə təşkil ediləcək və 11 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqədir (artımsız).

Qeyd edək ki, R.Məmmədov tərəfindən ayrılan 500 manat mükafat fondu ümumi turnirdə ilk 10 yeri tutan və eyni zamanda, qızlar və 12 yaşadək uşaqlar arasında ilk pillədə qərarlaşan şahmatçılar arasında bölüşdürüləcək.

Oyunlar Rauf Məmmədov tərəfindən canlı olaraq şərh olunacaq.

Share