Onların plazması koronavirus xəstələrinə köçürüləcək –  Foto

Onların plazması koronavirus xəstələrinə köçürüləcək – Foto

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirusdan sağalan dünyaca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson infeksiya ilə mübarizə aparmaq üçün plazma donorları olublar.

bu barədə cütlük İnstaqram səhifələrində məlumat verib.

Henks ötən həftə təhvil verdiyi plazma paketinin şəklini sosial şəbəkədə paylaşaraq koronavirusdan əziyyət çəkən şəxlərə kömək edəcəklərini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rita qanlarında infeksiyaya qarşı yaranan immunitetin vaksin hazırlamaq üçün faydalı ola biləcəyini demişdi.

Share